. : MƏTBUAT BÜLLETENİ


[16.10.2007]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı ildə imzaladığı “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparılmış, bir sıra konkret tədbirlər həyata keçirilərək həmin sənədin tələblərinə uyğun olaraq bu barədə Respublika İşçi Qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir.
Aşağı seçki komissiyaları üzvlərinin peşəkar hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həmin Akademiyanın bazasında müvafiq kursların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Maarifləndirmə materiallarına uyğun olaraq 36 saat həcmində Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyası sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, kursların keçirilməsi üçün fəaliyyət proqramı tərtib olunmuş, kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi təsdiqlənmişdir.
Mərkəzi Seçki Komissiyası Sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək tədris kurslarının oktyabrın 16-dan etibarən başlanmasını məqsədəuyğun bilmişdir. Tədris proqramına müvafiq olaraq oktyabrın 16-dan başlayaraq 4 qrupa bölünməklə 125 dairə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. Kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə Qısamüddətli ixtisasartırma haqqında Sertifikatlar təqdim ediləcək.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[10.10.2007]
Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Əvvəlcə iclasın gündəliyi təsdiq edilmişdir. Gündəliyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyaları rəsmiləri   üçün kursların hazırlığı və keçirilməsi haqqında və “Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi barədə məsələlər daxil edilmişdir.
MSK sədri bildirmişdir ki, cənab Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı geniş müzakirələr aparılmışdır. Bir sıra konkret tədbirlər həyata keçirilərək həmin sənədin tələblərinə uyğun olaraq bu barədə Respublika İşçi Qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir. Aşağı seçki komissiyaları üzvlərinin peşəkar hazırlığının artırılması və seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə müvafiq kursların keçirilməsi məqsədəuyğun  hesab edilmişdir. O, görülən işlər barədə məruzə etmək üçün Komissiya sədrinin müavini Svetlana Qasımovaya söz vermişdir.    
Sədr müavini qeyd etmişdir ki, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq 36 saat həcmində Tədris proqramı və Təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuşdur. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edəcək dairə seçki komissiyalarının sədrləri üçün tədrisdən əlavə görüş və mədəni tədbirlərin keçirilməsi də daxil olmaqla, kursların keçirilməsi üçün fəaliyyət proqramı tərtib edilmiş, kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim olunacaq Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsi hazırlanmışdır.
Mərkəzi Seçki Komissiyası Sərəncamın icrası ilə əlaqədar hazırlıq işlərinin ilkin mərhələsini yekunlaşmış hesab edərək cari ilin oktyabr ayının ikinci yarısından etibarən tədris kurslarının başlanmasını müqsədəmüvafiq hesab etmişdir. MSK qəara almışdır ki, kursların təşkil olunması ilə əlaqədar tərtib edilmiş Tədris proqramına uyğun olaraq 2007-ci il oktyabrın 16-dan başlayaraq 4 qrupa bölünməklə dairə seçki komissiyası sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.  Eyni zamanda Komissiya  seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edən dairə seçki komissiyası sədrlərinə təqdim ediləcək Qısamüddətli ixtisasartırma haqqında Sertifikatın nümunəsini təsdiq etmişdir.
Sonra Komissiyanın katibi Natiq Məmmədov “Dairə seçki komissiyasının Katibliyi haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməsinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Əsasnaməyə əlavə və dəyişikliklər layihəsinin təsdiq olunması haqqında qərar çıxarmışdır.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası